Xəbər lenti

“Şuşa kart” istifadəyə verildi (VİDEO)
Ölkə19:28 03.09.2024

“Şuşa kart” istifadəyə verildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarabağın tarixində ilk dəfə olaraq Şuşada şəhərdaxili sərnişin avtobusunda kartdan istifadə edilir.

Artıq Şuşada ictimai nəqliyyatda gediş-gəlişə imkan verən "Şuşa kart" sakinlərin ixtiyarındadır.

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova "Xəzər Xəbər"ə bildirib ki, "Şuşa kart" təkcə şəhərə daimi yaşamaq üçün köçən vətəndaşlar üçün nəzərdə tutulmayıb.

"Şuşa kart" şəhərin bütün ictimai nəqliyyat vasitələrində istifadə oluna bilən bir nəqliyyat kartıdır. 

Qeyd edək ki, növbəti aylarda əhali və turistlər kartın digər imkanlarından da yararlana biləcəklər. Kartlar ödənişlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.