Dekabrın 12-də Şuşa-Xankəndi yolunda başlayan aksiya 5 gündür ki, davam edir. Bu gün daha böyük bir coşqu var. Düzdür, əvvəlki günlərdən fərqli olaraq bu gün hava daha soyuqdur. Amma buna baxmayaraq iştirakçıların hər birinin ürəyi istidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Azxəbər” media qrupunun rəhbəri jurnalist Hacıbəy Heydərli deyib. Onun sözlərinə görə, iştiarakçıların tələbləri yerinə yetirilənə qədər aksiya davam edəcək:"Aksiya iştirakçılarının və təşkilatçılarının tələbləri dəyişməyib. Azərbaycanın əzəli və əbədi torpaqlarında ekoloji terrora yox deyir, eyni zamanda Rusiya sülhməramlıların komandiri general Volkovun onların qarşısına gəlməsini tələb edirlər. Bundan əlavə Azərbaycanın sərvətlərinin talanmasına etiraz edirlər, ekoloqların həmin ərazilərə gedib monitorinq aparılmasını tələb edirlər”.
Hacıbəy Heydərli Ermənistan mətbuatında guya aksiyanın bu gün başa çatması ilə bağlı məlumata da aydınlıq gətirib:"Yazıblar ki, guya, sabah Şuşa-Xankəndi yolu açılacaq. Bu yolu Azərbaycan QHT nümayəndələri bağlamayıb. Bu yolu rus sülhməramlıları bağlayıb. Bizim də tələblərimiz var. Onlar yerinə yetirilməyənə kimi aksiya davam edəcək”.
Bahar Rüstəmli