Xəbər lenti

Şuşada ən çox İspaniya vətəndaşları qalıb - Ölkələr üzrə siyahı
Ekonomiks 21:50 05.10.2025

Şuşada ən çox İspaniya vətəndaşları qalıb - Ölkələr üzrə siyahı

Bu ilin avqust ayı ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 345 gecə keçiriblər.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox İspaniya vətəndaşları Şuşa şəhərində gecələyiblər.

Bu ilin avqust ayında İspaniya vətəndaşları Şuşada 71 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Qırğızıstan vətəndaşları olub – cəmi 2 gecə.

Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:

İspaniya –  71 gecə;
Qazaxıstan – 37 gecə;
Türkiyə –  34 gecə;
Almaniya – 24 gecə;
Rusiya – 23 gecə;
Türkmənistan –  15 gecə;
ABŞ – 13 gecə;
Gürcüstan –  12 gecə;
Böyük Britaniya –  9 gecə;
İran – 7 gecə;
Ukrayna – 3 gecə;
Qırğızıstan – 2 gecə;
Digər ölkələr – 95 gecə.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->