Xəbər lenti

Şuşada inşa edilən məktəb nə vaxt təhvil veriləcək?
Ölkə10:12 24.12.2022

Şuşada inşa edilən məktəb nə vaxt təhvil veriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Növbəti tədris ilinin əvvəlində Şuşa şəhərində inşa edilən məktəb təhvil veriləcək”.
Qaynarinfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Suqovuşanda artıq məktəbin tikintisinin başa çatdığını vurğulayan nazir söyləyib ki, azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək:
"Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir”.
E.Əmrullayev Şuşa Realnı Məktəbinin bərpasına artıq başlanıldığını bildirib.