Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi Ermənistandan olan müğənni Malena olub. O, "Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə "One of those days” ("O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edib. O, 42 xalla beşinci olub.
20.29
Azərbaycanı "Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində təmsil edən Sona Əzizova çıxışını başa vurub.
Qaynarinfo xəbər verir ki, "One of those days” mahnısı ilə əla performans göstərən təmsilçisimiz uğurlu çıxışla diqqət çəkib.
<iframe src="http://baku.tv/embed/48113" width="640" height="360" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">
19.30
Bu gün Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası-2021” mahnı müsabiqəsi keçirilir.
Ölkəmizi müsabiqədə "One of those days” mahnısı ilə Sona Əzizova təmsil edir.
Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.
<iframe width="500" height="315" src="https://www.youtube.com/embed/FqoGEtQU3hc" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">