Xəbər lenti

Uşaq əməyinin dəhşətli statistikası: Dünyada nə qədər uşaq işləməyə məcburdur?
Siyasət10:38 14.06.2022

Uşaq əməyinin dəhşətli statistikası: Dünyada nə qədər uşaq işləməyə məcburdur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu, uşaq əməyinin uşaqlar üzərində iqtisadi və sosial nəticələri barədə məlumatlılığı artırmaq üçün illik tədbirdir. 
Dünyada beş yaşından yuxarı ən azı 160 milyon uşaq - təxminən 10 faiz - uşaq əməyinə cəlb olunur.
BMT-nin məlumatına görə, uşaqlar işləmək üçün çox gənc olduqda və ya onların fiziki, əqli, sosial və ya təhsil inkişafına xələl gətirə biləcək təhlükəli fəaliyyətlərə cəlb edildikdə onlar uşaq işçiləri kimi təsnif edilir.
Dünyada uşaq əməyinin ən böyük payı kənd təsərrüfatı sektorundadır və işləyən 5-17 yaşlı uşaqların 70 faizini təşkil edir.
Dünyada ən azı 79 milyon uşaq təhlükəli işlərə cəlb olunur ki, bu da çox vaxt uşağın sağlamlığı və təhlükəsizliyi üçün təhlükə yaradır.
Uşaq əməyi uşaqları təkcə təhsil hüququndan məhrum etmir, həm də böyümə imkanlarını limitləyir, hüquqlarını azaldır və gələcək imkanlarını məhdudlaşdırır ki, bu da dövrü yoxsulluğa gətirib çıxara bilər.
Təhlükəli işlərdə işləyən uşaq ən çox Afrikadadır, 41,4 milyon 5-17 yaşlı yeniyetmə riskli şəraitdə işləyir, ondan sonra Asiya və Sakit Okean (22,2 milyon), Avropa və Mərkəzi Asiya (7,9 milyon), Amerika (5,7 milyon) və ərəb dövlətləri (1,9 milyon).
Uşaq əməyinə cəlb edilən təxminən 160 milyon uşağın 63 milyonu qız, 97 milyonu oğlandır.
Dünyada 5-17 yaş arası oğlanların 11,2%, qızların isə 7,8% uşaq işçisi kimi çalışır.
BƏT-UNİSEF-in yeni hesabatına əsasən, mübarizə strategiyası olmasa yoxsulluğun və həssaslığın artması səbəbindən 2022-ci ilin sonuna kimi uşaq əməyində olan uşaqların sayı 8,9 milyon nəfər arta bilər.
Nurlan Hüseynov