Xəbər lenti

“Uşaqlı ailə üçün hər şey” - YENİ KİTAB
Ölkə11:36 26.05.2014

“Uşaqlı ailə üçün hər şey” - YENİ KİTAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Uşaqlı ailə üçün hər şey” adlı yeni kitabı işıq üzü görüb.

"Parlaq imzalar" nəşriyyatından Qaynar.info-ya verilən məlumata əsasən, kitabda hər bir uşaqlı ailənin qarşılaşa biləcəyi bir-birindən önəmli mövzulardan söhbət açılaraq valideynlərin çətinliklərini həll edəcək dəyərli tövsiyələr yer alıb.

Kitab ailə-uşaq məsələləri üzrə mütəxəssis və tanınmış psixoloq Dr. Hüseyn Dehnəvinin bir neçə il ərzində valideynlərlə ünsiyyətinin, onların ünvanladığı suallara verilən cavablar nəticəsində ərsəyə gəlib. Bunun üçün də kitab nəzəriyyə xarakterli olmayıb, tamamilə praktiki göstərişlərdən ibarətdir.

Kitabı Zero Kitab Evindən (İstiqlaliyyət, 71) və "Alo Kitab" xidmətindən ala bilərsiniz.

Qaynar.info