Xəbər lenti

Usmanov Aİ-nin sanksiyalarına  görə məhkəməyə müraciət etdi
Siyasət19:05 04.05.2022

Usmanov Aİ-nin sanksiyalarına  görə məhkəməyə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sahibkar Əlişir Usmanov Avropa İttifaqının sanksiyalar siyahısına salınmasına etiraz edərək, Avropa Məhkəməsinə müraciət edib. 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı çərşənbə günü məhkəmənin mətbuat xidmətində təsdiqləyib.
"Aprelin 29-da cənab Əlişir Usmanov Aİ Şurasına qarşı iddia qaldırıb. İddiaçı Şuranın ona qarşı məhdudiyyət tədbirlərinin tətbiqi ilə bağlı qərarının ləğvini və məhkəmə qərarı çıxana qədər qadağanedici tədbirlərin icrasının dayandırılmasını tələb edir”, deyə mətbuat xidmətindən bildirilib.
Məhkəmə iclasının tarixi hələ təyin edilməyib.
Fevralın 28-də Aİ Şurası digər rusiyalı iş adamları, rəsmilər və mədəniyyət xadimləri ilə birlikdə Alişer Usmanovu qara siyahıya daxil edib. Onların hamısının Aİ-yə girişi qadağan edilib, Aİ-dəki aktivləri dondurulub.
Nizami Bağırov