Xəbər lenti

Uğursuz "Brexit" ayrılığı Britaniyaya neçəyə başa gələcək?
Ekonomiks10:14 28.02.2019

Uğursuz "Brexit" ayrılığı Britaniyaya neçəyə başa gələcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Brexit" prosesi 29 marta qədər uğurla yekunlaşmasa, bu, Böyük Britaniyaya il ərzində 13 milyard funt-sterlinq zərər vuracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "İngiltərənin Aİ-ni tərk etməsinin biznes və ticarətə təsiri" adlı hesabatda bildirilir. Əgər Britaniya 29 marta qədər Aİ ilə razılaşma əldə edə bilməsə və saziş olmadan ittifaqı tərk etsə, yeni gömrük qaydaları qüvvəyə minəcək. Krallıq qida ehtiyacının 30%-ini Aİ-dən idxal edir. La Manş boğazı vasitəsilə məhsulların gətirilməsində xüsusilə problem və gecikmələrin olması gözlənilir. 
Böyük Britaniya Aİ ilə planlaşdırılan 40 ticarət razılığından sadəcə 6-sını imzalaya bilib. 
Uğursuz ayrılıq İngiltərə iqtisadiyyatında növbəti 15 ildə gözlənilən inkişafın 6-9% az olmasına gətirib çıxaracaq.
Gülşən