Xəbər lenti

“Uğursuz rəylər bizi strateji hədəflərimizdən yayındırmamalıdır”
Siyasət13:29 29.10.2013

“Uğursuz rəylər bizi strateji hədəflərimizdən yayındırmamalıdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Asim Mollazadə Azərbaycanın Avropa təşkilatları ilə əməkdaşlığı davam etdirməsinin vacib olduğunu bildirib


“Ölkəmizə qarşı təzyiqlərin arxasında Ermənistan, erməni diasporu və onun Azərbaycanı Biryulevo meyvə-tərəvəz bazasına çevirmək istəyən havadarları dayanıb. Onlar Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almağa çalışırlar. Lakin bu istəklərinə nail ola bilməyəcəklər”.

Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanla bağlı bəyanatının müzakirəsi zamanı səsləndirib.

Millət vəkili qeyd edib ki, bu qurum öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilmir. “Azərbaycan 20 ildir ATƏT-in üzvü olsa da, DTİHB-də təmsil olunmur. Ermənistanınsa bu qurumda 4 təmsilçisi işləyir ki, bu da müvafiq suallar doğurur” deyən millət vəkilinin sözlərinə görə, bu qurumun uğursuz rəyi, ölkəmizi strateji hədəflərindən yayındırmamalıdır.

“Azərbaycanın strateji inkişaf istiqaməti Avroatlantik məkana inteqrasiyadır. Bu, ölkənin milli təhlükəsizlik konsepsiyasında da öz əksini tapıb. Azərbaycanın səyləri nəticəsində ölkəmizin həm Avropa Şurası, həm Avropa Şurasının Parlament Assambleyası, həm Avropa Parlamenti, həm də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı güclənib. Azərbaycan parlamentinin əməkdaşlıq etdiyi beynəlxalq parlamentlər seçkilərlə bağlı müsbət rəylər veriblər. Bu göstərir ki, biz həmin qurumlarla əməkdaşlığı davam etdirməyə və daha da gücləndirməyə çalışmalıyıq. Hansısa bir büronun QHT səviyyəsində hazırlayıb ortaya qoyduğu bir uğursuz rəy bizi Avropa təşkilatları ilə əməkdaşlıqdan çəkindirməməlidir. Biz AvroNest-də də fəaliyyətimizi davam etdirməliyik”- deyə Asim Mollazadə bildirib.

Qaynar.info