Xəbər lenti

“Uzun illərdir müxalifətdəyik, heç nəyə nail ola bilməmişik”- Seçkiyə qatılan müxalifətçidən açıqlama
Siyasət 14:54 09.07.2024

“Uzun illərdir müxalifətdəyik, heç nəyə nail ola bilməmişik”- Seçkiyə qatılan müxalifətçidən açıqlama

İqtisadçı ekspert Vahid Məhərrəmli növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.

Vahid Məhərrəmli bildirib ki, namizədliyini 99 saylı Şəmkir kənd seçki dairəsindən irəli sürəcək:

"Bu ölkədə yaşayan vətəndaşların güzəranı, çətinlikləri bizi düşündürməlidir.  Bu ölkə bizimdir. Necə etməliyik ki, ağır durumda olan əhalini bu vəziyyətdən çıxaraq? İndi imkan yaranır ki, üz tutaq vətəndaşlara, əhali ilə görüşək. Onlara öz fikirlərimizi çatdıraq, onları dinləyək. Uzun illərdir müxalfətdəyik, heç nəyə nail ola bilməmişik. Biz problemləri dilə gətiririk, görürük ki, hökumət dediklərimizə əməl etmir. Kəndlərdə ciddi problemlər var. Əhalinin əksəriyyəti işsizdir. Şəhərə axın var, bundan əlavə bir neçə qanun qəbul edilməlidir. Birincisi, torpaqların münbitliyinin bərpası, ikincisi əkin sahələrinin qorunması... Bunlar çox vacibdir”. 

Vahid Məhərrəmli bildirib ki, Azərbaycanda bu iki qanunla bağlı düşünən belə yoxdur:

"Bitkiçilik məhv olub gedir. Heyvandarlıqda ciddi nöqsanlar mövcuddur. Qanun layihəsi məndə artıq hazırdır. Kənd təsərrüfatında istifadə olunan istehsal vasitələrinin bir hissəsinin ölkədə istehsal olunması çox vacibdir. Suvarma suyuna olan ehtiyacların  ödənilməsi ilə bağlı konkret təkliflərim var. Mən bir dairədən namizəd olsam da, belə təkliflərim bütün respublika üçün önəmlidir. Verilən zaman çərçivəsində kənddə yaşayan əhaliyə öz sözümü çatdıra biləcəyəm”. 

Vahid Məhərrəmlinin fikirincə, yerlərdəki əhalinin mesajını yuxarılara çatdırılmasında seçki təbliğatı mühüm amildir:

"Əsas odur ki, onları nagüman etməyək. Mənə yerlərdən zənglər gəlir ki, bu işlərin axırı necə  olacaq? Biz bu suala cavab tapmalıyıq”. 

Qeyd edək ki, Vahid Məhərrəmli uzun illər AXCP üzvü olub və bir müddət əvvəl partiyadan istefa verib.

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->