Xəbər lenti

Valideynlər məktəblərin işini belə iflic edir – Təhsil eksperti
Ölkə10:36 10.11.2021

Valideynlər məktəblərin işini belə iflic edir – Təhsil eksperti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər gün valideynlər övladlarını məktəbə dərsə gətirmək üçün şəxsi minik vasitələrindən istifadə edirlər və onu tam məktəbin giriş qapısına qədər sürüb, dəqiqələrlə saxlayırlar. Nəticədə məktəblərin qarşısında böyük tıxaclar yaranır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert Bakı şəhərində orta məktəblərə 28 min şagirdin 1-ci sinfə getdiyini bildirib:
"Bu o deməkdir ki, bu qədər şagirdi məktəbə valideynləri aparır. Məktəblərin qarşısında şagirddən çox valideyn, ondan da çox avtamobil olur. Digər tərəfdən isə valideynlər övladlarını məktəbin girişindən ötürmək əvəzinə sinfə qədər müşahidə etmək cəhdi olur. Hazırda pandemiya dövrüdür, şagird, müəllim və valideynlər arasında yoluxma halları var. Bu addım yanlışdır”. 
Kamran Əsədovun fikrincə, valideynlərin bu addımları məktəblərdə süni sıxlıq yaradır:
"Onlar övladlarının məktəbdə sərbəst hərəkətinə, özgüvəninə maneə yaradırlar. Məktəblər ən təhlükəsiz məkanlardır. Şagirdlərin mənəvi, psixoloji, elmi baxımdan inkişaf etdikləri məkandır”.
Ekspert hazırda ölkəmizdə 4432 orta məktəbin fəliyyət göstərdiyini vurğulayıb:
"Burada 1.6 milyon şagird təhsil alır. Onların təlim-tərbiyəsi, tədrisi ilə 150 min müəllim məşğul olur. Bundan başqa, məktəblərdə 60 mindən çox texniki-inzibati işçi var. Bu rəqəmlər onu deyir ki, hər gün məktəblərə 2 milyon nəfərdən çox adam daxil olur. Bu, kifayət qədər böyük rəqəmdir. Təkcə Bakı şəhərində 320 orta məktəbə 645 minə yaxın şagird 29 mindən çox müəllim gedir. Nəzərə alsaq ki, Bakı şəhərində istənilən küçə və prospektdə ciddi sıxlıqlar müşahidə olunur, artıq məktəblərin ətrafı çoxmənzilli yüksəkmərtəbəli binalar tərəfindən tutulub, bu da hərəkətə ciddi təsir göstərir”.
Bahar Rüstəmli