Xəbər lenti

Van Damm Zabit Səmədova zəng etdi
İdman09:40 25.08.2016

Van Damm Zabit Səmədova zəng etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, idmançımız Zabit Səmədov növbəti dəfə dünya çempionu olub.

Qaynarinfo.Az xəbər verir ki, Zabiti bu qələbə münasibətilə təbrik edənlər arasında Hollivudun məşhur aktyoru Jan-Klod Van Damm da olub.

Bu haqda məlumatı Hacı Nuran verib. Onun dediyinə görə, aktyorla idmançının danışığını özü tərcümə edib: 

"Bü gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan-Klod Van Damm Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçirilən Kikboksinqin WBC Muay Tay versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, hemyerimiz Zabit Səmədova zəng edərək, qələbə münasibətilə onu təbrik etdi.

Van Damm dedi: "Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə. Afərin. Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun".

Qaynarinfo.Az