Xəbər lenti

Vaqif Cavadov rəsmən "Qəbələ"də!
Ölkə11:35 31.08.2015

Vaqif Cavadov rəsmən "Qəbələ"də!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ" "transfer pəncərəsi"nin son günündə daha bir keçidi həll edib. Belə ki, klub "Xəzər Lənkəran"ın futbolçusu Vaqif Cavadovu mövsümün sonunadək icarəyə götürüb.
"Xəzər Lənkəran" tərəfi də Qaynar.info-ya bu xəbəri təsdiqləyib. Cənub klubundan bildirilib ki, "Qəbələ" tərəfi bu keçid üçün onlara müraciət edib. "Xəzər Lənkəran" isə Azərbaycan futbolunun inkişafı naminə öz futbolçusunun "Qəbələ"də icarə əsasında oynamasına razılıq verib.
Qeyd edək ki, "Xəzər Lənkəran" qoyulan transfer qadağasına görə Vaqif Cavadovu oynada bilmirdi.
Qaynar.info