Xəbər lenti

Vaqif Mustafayev: "Mən kinorejissoram, əsas işim film çəkməkdir”
Sənət09:41 28.08.2023

Vaqif Mustafayev: "Mən kinorejissoram, əsas işim film çəkməkdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün kinorejissor, Xalq artisti Vaqif Mustafayevin 70 illik yubileydir.
Yubliyar Qaynarinfo-ya açıqlamasında yaradıcılıqla məşğul olduğunu qeyd edib: 
"Mən kinorejissoram, əsas işim film çəkməkdir”. 
Vaqif Mustafayev doğum günündə onu təbrik edən hər kəsə təşəkkürünü bildirib. 
Qeyd edək ki, Vaqif Mustafayev Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda, Moskvada Ali rejissorluq və senaristlər kursunun rejissor bölməsində,Eldar Ryazanovun kursunda təhsil alıb. 
Kinoda uğurlarına görə müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. Bir müddət Mədəniyyət nazirinin müavini olub. "Space” Müstəqil Teleradio Yayım Şirkətinin prezidenti vəzifəsində çalışıb. 2023-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən ikinci "Qorqud Ata” kino festivalında "Həyat deyəsən gözəldir!” filmi ilə "ən yaxşı rejissor” mükafatına layiq görülmüşdür. Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2005). Dövlət mükafatı, "Şöhrət” (2003) və "Şərəf” (2018) ordenləri ilə təltif olunub. Avropa Kino Akademiyasının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. 
Bahar Rüstəmli