Xəbər lenti

Vaqif Sadıqov məğlubiyyətə şərh verdi
İdman07:03 15.12.2013

Vaqif Sadıqov məğlubiyyətə şərh verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Georgi Çixradze: "Qalib gəlib, turnir cədvəlində irəliləməli idik"

Futbol Topaz Premyer Liqasının 17-ci turunda keçirilən “Simurq” - AZAL (3:0) oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilərin qarşılaşma barədə danışıb. 

Qaynar.info PFL-in saytına istinadən məlumatına AZAL-ın baş məşqçisi Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi məğlubiyyətə səbəb kimi əsas heyət futbolçularının meydanda olmaması ilə izah edib: “Bu mövsüm, demək olar ki, ən zəif oyunumuz idi. Əsas heyətin bir neçə futbolçusu müəyyən səbəblərdən bugünkü oyunda iştirak etmirdi. “Simurq”u qələbə ilə təbrik edirəm”.

"Simurq"un çalışdırıcısı Georgi Çixradze yetirmələrindən razı qaldığını bildirib: “Yaxşı oyun göstərdik. AZAL-la oyunlarımız həmişə çətin keçib. Qalib gəlib, turnir cədvəlində irəliləməli idik. Bunu bacardıq, komandaya təşəkkürümü bildirirəm. Soyuq havada sonadək bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram”.

Qaynar.info