Xəbər lenti

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə baxışı təyin olundu (FOTO/YENİLƏNİB)
Foto 11:38 13.10.2023

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə baxışı təyin olundu (FOTO/YENİLƏNİB)

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.

APA xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib.

Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, Vaqif Xaçatryan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olub.

Prosesdə təqsirləndirilən şəxsə hakim tərəfindən hüquqları izah edilib.

İş üzrə dövlət ittihamını Baş prokurorun xüsusi işlər üzrə köməkçisi Müqəddəs Sultanovun müdafiə etdiyi bildirilib.

Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçatryan vəkilə etiraz etməyib.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak edib.

Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov tanınıb. O, Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.

Prosesdə tərəflərə hüquqları izah edilib.

Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.
 
09.48

Bu gün Qarabağın Meşəli kəndində mülki əhalinin qətlində ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi saat 10:15-də başlayacaq.

Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman "Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.

Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittimam olunur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->