Xəbər lenti

Siyasət 14:14 19.08.2023

"Vaqif Xaçaturyanın məhkəməsi açıq olacaq və..." (ŞƏRH)

"Xaçaturyanın əməlləri bəşəriyyət və insanlıq əleyhinə cinayətdir. O, soyqırım cinayətlərində iştirak edib. Buna görə də bu məsələ yetərincə ictimai maraq doğuran məsələdir və məhkəmə açıq olmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev erməni cinayətkar Vaqif Xaçaturyanın məhkəmə qarşısına çıxarılması məsələsinə toxunarkən deyib.
 
"Azərbaycan məhkəmələrində iclaslar açıq keçirilir. Yalnız bir neçə istisna hal var. Dövlət sirri və ailə məsələləri ilə bağlı məhkəmələrin müəyyən hissəsi qapalı ola bilər. Xaçaturyanın əməlləri bəşəriyyət və insanlıq əleyhinə cinayətdir. Soyqırım cinayətlərinə yol vermiş şəxslərin məhkəməsi bu siyasəti hazırlayan şəxslər üçün görk olmalıdır. Heç kəs ədalət məhkəməsindən kənarda qala bilməz”, deyə ekspert bildirib.


 
Əliməmməd Nuriyev qeyd edib ki, türk və müsəlman olduğuna görə insanları məhv edənlər qanun qarşısında cavab verilməlidirlər: 

"Xaçaturyanın məhkəməsi də açıq olacaq. İstənilən ölkənin nümayəndəsi müdafiə etdikləri ermənilərin hansı cinayətkar fəaliyyətlə məşğul olduqlarını gəlib görə bilər. Yetərli qədər sübut və faktlar var”.

Hüquqşünas qeyd edib ki, insanlıq əleyhinə soyqırım törədən şəxslər ya ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar, ya da məhv edilməlidirlər:

"Çünki onlar insanlığa təhlükəli subyektlərdir. Bu mənada hesab edirəm ki, həmin cinayətkarlara qarşı mübarizədə İsrail metodundan istifadə etməliyik. Yəhudilərə qarşı soyqırım cinayəti törədən qatillər bu gün də harada olmalarından asılı olmayaraq, ya məhkəməyə çıxarılır, ya da yerindəcə məhv edilirlər. Fransanın hazırkı hakimiyyəti də ermənilərin azərbaycanlılara qarşı keçirdiyi soyqırım cinayətlərində birbaşa iştirakçılardan biridir. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasında Fransanın hazırkı rəhbərliyinin soyqırımı müdafiə etdiyi üçün beynəlxalq tribunala verilməsi məsələsini də qaldırmalıyıq”. 

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır: 

"Azərbaycan hüquqi dövlət qurur. Məsələlər hüquqi müstəvidə öz həllini tapır”. 

Qeyd edək ki, Azərbaycan Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə bir müddət əvvəl saxlanılan Vaqif Xaçaturyanın cinayət işi üzrə istintaq tədbirlərinin davam etdirildiyini bildirib. O həmçinin, yaxın zamanda Xaçaturyanın məsuliyyətə cəlb edilmək üçün məhkəməyə çıxarılacağını da vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->