Naxçıvan Ali Məclisinin sədri “Red Bull”una rəqib enerji içkisinin bazarını bağlayırBakıdakı mağaza və marketlərdən məşhur “Hell” içkisi yığışdırılır. Enerji içkisinin marketlərdən yığışdırılması ilə bağlı göstərişi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov verib. Baş çəkdiyimiz bir neçə marketdə öyrəndik ki, yeni enerji içkisi olan “Hell” rəqiblərini sıradan çıxararaq, onların bazarını bağlayıb. Ona görə də Bakıdakı marketlərə “Hell” içkisinin satışı ilə bağlı qadağa qoyulub. Aldığımız məlumata görə, artıq Bakıda Vasif Talıbovun himayə etdiyi iş adamlarına məxsus böyük marketlərdən bu içki markası yığışdırılıb.
“Red bull”la eyni tərkib, fərqli qiymət
Bakıdakı bir neçə marketə baş çəkib faktın doğru olub-olmadığınıöyrənməyə çalışdıq. Olduğumuz marketlərin çoxunda bu içki satılmırdı.Söhbətləşdiyimiz satıcılar isə “Hell” əvəzinə bizə yalnız “Red Bull”təklif etdilər.
Bəs qısa zaman içində populyarlaşan “Hell” markasının sirri nədədir?
“Hell”ə qədər Azərbaycandakı enerji içkisi bazarında ən populyarmarka “Red Bull” sayılırdı. “Hell” markasının “Red bull”un bazarınagirməsinin və alıcı rəğbəti ilə qarşılaşmasının bir neçə səbəbi var.Onlardan biri “Hell”in “Red Bull”la eyni tərkibə malik olmasıdır. Buiçkidən istifadə edənlər yaxşı bilər: hər iki içkinin dadı demək olarki, eynidir. İkinci səbəb “Hell”in “Red Bull”dan dəfələrlə ucuzsatılmasıdır. Məsələn, 250 ml-lik “Red Bull” 2 manata satıldığı halda,eyni ölçülü “Hell” 1 manatdır.
“Hell” Naxçıvanda “şeytan” içkisidir
Əldə etdiyimiz məlumatda deyilir ki, “Hell”lə bağlı qadağa təkcəBakıdakı mağaza və marketlərdə deyil. Naxçıvan Muxtar Respublikasında buiçki üstündəki şeytan loqosuna görə “şeytan” içkisi kimi təqdimolunaraq satışdan çıxarılıb. Eyni zamanda bildirilib ki, bu içkimüsəlmanların səhhətinə ciddi ziyan vurmaq istəyən xristian və yəhudimissionerlərin sifarişi əsasında hazırlanıb. Elə buna görə də Şərur,Babək və Sədərək rayonlarındakı əksəriyyəti dindarların olanmarketlərdə bu içkinin satışına qadağan olunub.
Qeyd edək ki, “Yeni Müsavat”ın ötən saylarında enerji içkilərindənsayılan “Red Bull”un tərkibində narkotik maddə sayılan kokainaşkarlandığı ilə bağlı məlumat vermişdik. Məlumatda qeyd olunurdu ki, buiçkinin vətəni hesab edilən Almaniyada alimlərin araşdırmalarınəticəsində məlum olub ki, enerji içkisinin tərkibini təşkil edənkimyəvi komponentlər içərisində xeyli miqdarda kokain var. Alimlər beləbir qənaətə gəliblər ki, içkinin hazırlanmasında xüsusi kokainekstraktından bolluca istifadə edilir. Məhz bu səbəbdən Almaniyanın bəziəyalətlərində “Red Bull”un satışına qadağa qoyulub.
Tərkibində narkotik maddənin aşkar olunması səbəbindən bəzi ölkələrartıq “Red Bull”un qadağan olunması üçün yollar axtarır. Artıq Çindəsupermarket piştaxtalarından “Red Bull” markalı energetik içkiyığışdırılıb. Çin alimlərinin fikrincə isə “Red Bull”un tərkibində insansağlığına zərərli maddələrdən sayılan natrium benzoat var. Natriumbenzoat psixi xəstəliklərin müalicəsində istifadə edilir. Bu maddədənistifadə etdikdə insanda baş ağrısı, stress və digər əlamətlər müşahidəedilməyə başlayır.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Red Bull”un Azərbaycandarəsmi satış distribütoru “Cahan Holdinq”dir. Naxçıvan MuxtarRespublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus holdinq bütünölkə ərazisində bu içkinin satışını təşkil edir. Holdinqin rəsmiinternet saytında da “Red Bull”la bağlı bu məlumatlar yazılıb: “Bu günartıq hamının tanıdığı və çoxlarının sevimli içkisinə çevrilmiş ”RedBull" enerji içkisinin yaradılması ideyası 1984-cü ildə meydana çıxıb vəonun yaradılmasına 3 il gərgin əmək sərf olunub. 1987-ci ildə məhsul“bədən və can cürətləndirmək” üçün enerji içkisi - “Red Bull” adı iləbazara daxil olub və elə həmin vaxtdan da bütün dünyanı müvəffəqiyyətləistila etməyə başlayıb.

Beləliklə, “Red Bull” enerji içkisi əqli və fiziki gərginliyinartdığı vaxtlarda istifadə etmək üçün hazırlanmış funksional içkidir.İndi mövcud olduğu şəkildə bu məhsul Avstriyada yaranıb, 1994-cü ildəisə “Red Bull” ilk dəfə “Vətən”dən kənarda, Almaniyada peyda olub.1997-ci ildə isə bu məhsul bütün Avropa bazarlarına çıxır və okeanlarıüzüb keçərək, Şimali və Cənubi Amerikanı və Avstraliyanı fəth edir.Azərbaycana isə “Red Bull” 2004-cü ildə gəlib. Burada sınaq satışlarıkeçirdikdən sonra “Red Bull GmbH” ilə Azərbaycanda 4 il rəsminümayəndəsi olan “Cahan Red” şirkəti arasında distributor müqaviləsiimzalanıb. Reklam layihələrini reallaşdırmaq üçün 2005-ci ildəkompaniyada marketinq şöbəsi yaradılıb və onun qarşısında duran əsasvəzifə bu və ya digər məqsədli auditoriyanın maraqlarına yönəlmiştədbirlər təşkil etməklə, istehlakçıları “Red Bull” brendi ilə tanışetməkdir. Şirkətin Azərbaycanın bir sıra şəhərlərində, o cümlədənNaxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada nümayəndəlikləri var.Bütün bunların sayəsində “Cahan Red” şirkəti “Red Bull” enerji içkisininsatış tempini yerli bazarda illik 100 faiz artırmağa nail olur.
Lakin “Cahan Red” şirkətinin fəaliyyət dairəsi, sadəcə, məhsulunistehlakçıya təqdim olunması ilə məhdudlaşmır. “Red Bull GmbH” ekstremalidman növlərinin inkişafına imkan yaradan tədbirlərin daim təşkilatçısıvə ya rəsmi sponsorudur və bütün dünyada 500 ekstremal idmançıya dəstəkverir. “Red Bull GmbH”-nin tərəfdaşı olaraq «Cahan Red" şirkəti bu cürtədbirləri Azərbaycanda da keçirir”.//musavat.com