Xəbər lenti

Vasif Talıbovun oğlu yenidən deputat kürsüsündə
Siyasət17:25 22.02.2020

Vasif Talıbovun oğlu yenidən deputat kürsüsündə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov yenidən deputat seçilib.
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin 45 deputatı arasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da var.
O, seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplayıb.
Xatırladaq ki, Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən millət vəkili seçilib.