"Bu məlumat onu göstərir ki, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində aktivliyini daha da artırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə erməni mətbuatının Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşün Vaşinqtonda olacağı barədə yaydığı məlumatı şərh edərkən deyib.
Politoloq bildirib ki, indiki məqama ABŞ və Avropa Qafqazda möhkəmlənməyə bir fürsət kimi baxır:
"Qərb bölgədə möhkəmlənməyi, Rusiyanı buradan sıxışdırıb çıxarmağı düşünür. Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı bir zamanda, ABŞ və Avropa Qafqazda möhkəmlənməyə bir fürsət kimi baxır. Rusiyanın isə mövcud şəraitdə onların Qafqazda irəliləməsinin qarşısını almaq imkanları getdikcə daralır”.
Politoloq deyir ki, Qərb Bakı ilə İrəvan arasında öz marağına cavab verən müəyyən şərtlər daxilində razılaşmanın olmasını istəyir:
"Qərb Ermənistanın qeyri-qanuni istəklərini də şərtlər sırasına daxil edir. Paris və Vaşinqton istəyir ki, Azərbaycan indidən sülh sazişində Qarabağ məsələsilə bağlı da öhdəlik götürsün. Sonra da Qarabağ məsələsi ətrafında danışıqlar gedəndə orada yaşayan ermənilərin hamısı kimi Azərbaycana hansısa ağır şərtlər qəbul etdirməklə bölgəyə nüfuz etsinlər. Qərbin istəyi də elə budur”.
Qeyd edək ki, Ermənistanın "Past” nəşri öz mənbələrinə istinadən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün mayın ikinci yarısında Vaşinqtonda keçiriləcəyini bəyan edib. Eyni zamanda, nəşrin məlumatına görə, Avropa İttifaqı da qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əlindən gələni edir.
Rüfət Sultan