Xəbər lenti

Vəfa erotik səhnəsindən danışdı: "Bu sizsiniz, bəyənmirsiniz?"
Maqazin09:57 07.03.2016

Vəfa erotik səhnəsindən danışdı: "Bu sizsiniz, bəyənmirsiniz?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aktrisa Vəfa Zeynalova erotik səhnələr canlandırdığına görə onu tənqid edənlərin cavabını verib. aktrisa "ATV maqazin onlarla" verilişində ətrafındakı söz-söhbətlərə son qoyub:
"Əgər aktrisayamsa, kiminsə həyatını çatdırıram. Mən Vəfanı sizə təqdim etmirəm ki? Biz aktyorlar sizin aynanızıq, sizi sizə təqdim edirik. Bəyənmirsiniz? Bu sizsiniz. Sadəcə olaraq mən yükü daşıyanam. Bu gün Almaz obrazını oynayıramsa, sabah Nigar obrazını oynacayacağam. Qınağı özünüzdə axtarın, aktrisa da yox. Əgər mən aktrisayamsa, bacardığım qədər bu sənətdəyəmsə, mənim üçün heç bir çərçivə yoxdur. Məndən öncə də erotik səhnələrdə çəkilən aktrisalarımız olub. Əgər başı bağlı, sakit, kimsəsiz qız olanda siz məni alqışlayırsınızsa, mənfi obraz olanda niyə sizə pis görünürəm? Əgər aktrisayamsa bütün obrazların öhdəsindən gəlməliyəm". 
Qaynar.info