Xəbər lenti

Vəhşilər oğullarımızı əlimizdən alırlar
Ölkə12:20 18.03.2013

Vəhşilər oğullarımızı əlimizdən alırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elnaz Eyvazlı

... Məni eşidirsizmi, ay adamlaaaar!!!

Eləbil qəsəbədə adam-insan yox idi. Havadan qan qoxusu gəlirdi sanki.Göyün üzü qaramat adamların sifətinə oxşayırdı. Mütləq nəsə bir xəbərvardı...

Camaat bir-birilə utana-utana salamlaşırdı.

Həmin gün qəsəbəmizə yeddi şəhid gətirmişdilər. Yeddi oğul, yeddi igid, yeddi qardaş, yeddi sevgili...

Birinindəfnində iştirak edən ata bilmirdi ki, öz oğlu da “növbədədir”.Meyitlərin hamısını “paylamamışdılar”, camaat parçalanmasın, bütündəfnlərdə layiqli iştirak etsin deyə. Heç kim də “vaxtından qabaq”başsağlığına cəsarət etmirdi. Yadımdadır, atam evə gələndə dedi ki,yazıq S. kişi, Zaurun dəfnində idi, deyirdi ağır dərddir, daha xəbəriyoxdu ki, öz oğlunu da gətiriblər... sabah da onun dəfnidir...

Hə...qan qoxusunun, qara buludların səbəbi var imiş. Ancaq onda müharibəidi. Qızğın, qanlı döyüşlər gedirdi. Hər an hər şeyə hazır idi camaat.Bəs indi?

Atəşkəs elan olunanda hamı sevindiki, şükür, heç olmasa, bir müddət qapıları şəhid tabutları döyməz.Düzü,  “bir müddətin” bu qədər uzanacağı da heç kimin ağlına gəlməzdi.

Yenəşəhidlər döyür qapıları. Daha doğrusu, əsgər tabutları. Nə fərqi varonlara şəhid adı veriləcək, ya verilməyəcək, onlara görə ailələrinəhansısa yardımlar göstəriləcək, ya göstərilməyəcək. Əsas odur ki,əsgərlər ölür. Əsgər oğuldur, oğul Vətən uğrunda, lazım gələrsə, ölər...ancaq belə yox.

Bir vaxtlar analar oğullarınıhərbiyə yola salmağa qorxurdular, təbii idi. müharibə gedirdi, qantökülürdü. Sonra yavaş-yavaş hər şey yoluna düşdü, yəni daha heç kimoğlunu əsgərlikdən yayındırmağa çalışmadı. Söhbət qara camaatdangedir...

Ancaq son vaxtlar ard-arda gələn ölümxəbərləri insanların inamını məhv edir. Analar Vətənə oğul verməkdənqorxacaq, Ana ilə Vətəni bir-birinə düşmən edəcəklər...

İndişəhid xəbərlərini əvvəlki kimi hüznlə demir diktorlar, adi xəbər kimipaylaşıb, dərhal “əsas” xəbərlərə keçirlər. İndi insanlar əvvəlki kimi,axşam eşitdikləri bu acı xəbərin təsirindən günlərlərlə yasa batmır.Səhər açılan kimi, hərə bir parça çörəyin dalınca qaçır. İndi şəhidanalarını, ölən əsgərləri doğan qadınları görəndə utana-utana başınıaşağı salmır “adamlar”, qolundan tutub qaldırmaq əvəzinə, qollarındantutub sürüyürlər...İndi həm də buna dözmür Adamlar...dözmədiklərinə görəcərimə olunur, döyülür, təhqir olunurlar...

***

Yazınıtamamlayıb facebooka göz atıram. Daha bir əsgər ölümü xəbəri var:DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsin əsgəri Niftizadə ElvinFikrət oğlu martın 16-da ölüb (ya da öldürülüb) və bu xəbərinbaşqalarından azacıq fərqi odur ki, ölən (ya da öldürülən) əsgər şairAqşin Yeniseyin yaxın qohumudur (atasının əmisi nəvəsi). Az keçmədənbir-birinə oxşar statuslar yayılır. Guya bu hadisə az öncə Aqşininsosial şəbəkədə əsgər ölümlərinə görə etiraz aksiyası keçirən gənclərəqarşı fikirlər söylədiyi üçün baş verib, həyatın ironiyasıdır,mistikadır, Aqşinə cavabdır və s. saçma-sapan şeylər. Əvvəllər, heçolmasa,  faciələr bizi birləşdirirdi, indi o da yoxdur. Biz faciələrdənbelə bəhrələnib parçalanmağa meyilli olmuşuq. Anlamırıq, ya da anlamaqistəmirik ki, ölən əsgərlər kimin qohumu olur olsun, bu Vətəninkeşiyində duran şəxsdir. Hamımız ona borcluyuq, o, ƏSGƏRdir!

Dəfələrləmarşruta avtobuslarda gediş haqqını verməyib düşən əsgərin dalıncaatılan təhqir və söyüşləri eşitmişəm, bazarda satılan təamlara baxa-baxabazardan çıxan əsgərləri görümüşəm. Sovet dövründə Azərbaycanda xidmətedən rus əsgərləri bazara girəndə Azərbaycanlı analar onlarınzənbillərini mer-meyvə ilə doldurar, sürücülər onlardan gediş haqqıalmazdılar. İndi bizə nə oldu? Niyə müqəddəs hisslərimizi itirdik?Bundan əvvəl ölən əsgərlər ki, Aqsin Yeniseyin əmisi oğlu deyildi,onların ki əmisi oğlu aksiyaya qarşı status yazmamışdı. Kimin qisasınıkimdən almağa çalışırıq, ay adamlar?! Bu faciə Aqşinə qarşı həyatınironiyası və ya Aqşinə cavab-filan deyil. Bu, Azərbaycan xalqınınfaciəsi, xalqa qarşı taleyin ironiyasıdır. Ölən-ölməyən- bütün əsgərlərbizim oğlumuz, qardaşımızdır.

Yadıma “Mən kigözəl deyildim” filmində ürək ağrıdan bir epizod düşür. Rəhim baba korolduğundan, Səidədən xahiş edir ki, məktubu oxusun. Səidə qara kağızıqoca ataya oxumağa ürək eləmir. Əsə-əsə barmaqlarını Səidənin yaşlıyanaqlarına toxunduran qoca əsasını yerə döyə-döyə qışqırır: “Vəhşiləroğullarımızı əlimizdən alırlar, məni eşidirsizmi, ay adamlaaaar!!!”