Xəbər lenti

Vəkil, namizəd Sərdar İsmayılovun növbəti görüşü keçirildi (FOTO)
Siyasət08:40 23.08.2024

Vəkil, namizəd Sərdar İsmayılovun növbəti görüşü keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd vəkil Sərdar İsmayılovun növbəti görüşü Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni şəhərcikdə keçirilib. 
Qaynarinfo xəbər verir ki, qarşılıqlı dialoq ətrafında keçən səmimi görüşdə seçicilər deputatlığa namizəd Sərdar İsmayılova uğurlar arzu edib, ona inanaraq səs verəcəklərini bildiriblər. 
Namizəd Sərdar İsmayılov isə öz növbəsində bu etimadı doğruldacağını, verdiyi vədləri yerinə yetirəcəyini bildirib. Bir daha bəzi problemlər əvvəlcədən dinlənilib, qeydlər aparılıb, seçki platforması seçicilərin nəzərinə çatdırılıb.