Xəbər lenti

Vəkildən deputata ağır ittiham:
Ekonomiks 13:05 19.01.2023

Vəkildən deputata ağır ittiham: "O zaman niyə səsin çıxmırdı?"

"İnsanlara xoş gəlmək və gündəmi zəbt etmək üçün danışırlar. Adama deyərlər ki, xalqının kasıb təbəqəsini düşünürsənsə, Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik ediləndə niyə səsini çıxarmırsan? Orada danışmaq lazımdır, mətbuata yox". 

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Milli Məclisin deputatı Tahir Kərimlinin "göyərti satan adama 1 500 manat cərimə yazırlar” ifadəsinə münasibət gətirərkən deyib. Vəkil deputatların mətbuata belə açıqlamalarından təəcübləndiyini deyib: 

"Cərimələri kim müəyyən edir? Bunu Milli Məclisdə qanunların qəbulu vaxtı deputatlar müəyyənləşdirir. Tahir Kərimli həmin qanunlara etiraz etsin, onu dəyişdirsin. Amma məsələyə daha geniş yanaşmaq lazımdır. Azərbaycanda vergi sistemi özü qüsurludur. Azərbaycanda vergi sistemi kasıb və zəngin insanların vəziyyətini bərabər tutur və onlar eyni vergini ödəyir”. 

Vəkil deyir ki, bunun bir həlli yolu var, o da kiçik sahibkarları vergidən azad etmək: "Kiçik sahibkardan niyə vergi tutulur axı? Əksinə, iri sahibkarlardan daha çox vergi alsınlar, məsələn, banklar, böyük holdinqlər və s. Bunu həmişə deyirəm, Azərbaycanda balaca bir daxması olanla böyük villası alan eyni vergini ödəyir. Belə olmalı deyil. Bütün bunlar Vergi Məcəlləsinin, vergi sisteminin problemidir. Onu da qəbul edən Tahir Kərimlidir və onun kimi deputatlardır”.

Əkrəm Həsənov hələ ötən ilin sonunda Vergi Məcəlləsinə iki dəyişiklik edildiyini qeyd edib: "Özü də müzakirə də aparmadılar. Həmin vaxt səs çıxartmaq lazım idi. İndi isə "göyərti satana 1500 cərimə yazarlar” deyə səsini qaldırır. İnsanlara xoş gəlmək üçün danışırlar. Vergi sistemi ədalətsizdir və bu qanun qəbul edilərkən heç bir deputat səsini çıxartmadı. Özün ayda 7 min maaş alırsan, kasıbı da düşünmək lazımdır”. 

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Kərimli çıxışında göyərti satan adama 1 500 manat cərimə yazıldığını açıqlayıb: "Cərimələrin yüksək olması inkişafa mane olur. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə işini bağlasın”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->