
Sentyabrın 8-dən həbs olunaraq Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovun vəkili Bəhruz Bayramov onunla görüşüb.
Bu barədə Qaynarinfo.Az-a açıqlama verən vəkil bildirib ki, R.Səfərov saxlanma şəraitindən şikayətçi deyil:"Saxlanma şəraiti normaldır. Özünün əhval-ruhiyyəsi yüksəkdir. Ona qarşı ittihamları qəbul etmir".
Vəkil deyib ki, Rüfət Səfərov təzyiqi yüksək olduğu üçün təcridxanada gündəlik dərmanlarını qəbul edir:"Amma səhhətində xüsusi olaraq bir problem yoxdur".Qeyd edək ki, Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. Bu il dekabrın 20-də hökuməti tənqid edən bəyanatla çıxış edərək, tutduğu vəzifədən istefa verib.
Sentyabrın 8-də Baş Prokurorluqda Rüfət Səfərov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə cinayət işi başlanılıb və dindirilmək üçün Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb və barəsində həbs-qətimkan tədbiri seçilərək, saxlanılıb.
Qızılgül
Qaynarinfo.Az