
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Qurban Məmmədovun həbsi ilə bağlı məlumat yayıb.
Açıqlamada bildirilir ki, son günlər respublikamızda fəaliyyət göstərən bir sıra KİV-lərdə "Vəkil Qurban Məmmədov həsb olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub. Qeyd olunan yazılarda Qurban Məmmədov və Namizəd Səfərov adlı şəxlər cəmiyyətə vəkil kimi təqdim ediliblər: «Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.
Beləliklə, adı çəkilən şəxslərin Kollegiyanın üzvləri olmadıqları nəzərə alınaraq onlar barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur".
Qaynar.info