"Real intervyu"da qonaq iqtisadçı-ekspert Vüqar Bayramov olub.
Verlişdə vergi məcəlləsində dəyişiklik, kiçik, orta və mikro sahibkarlara tətbiq olunan vergi güzətlərindən danışılıb.
Vergi məcəlləsində edilən dəyişikliyə əsasən, 2019-cu ilin yanvarın 1-dən etibarən mikro, kiçik və orta sahibkarlara öz subyektlərini qurmaq üçün bir sıra güzəştlər tətbiq ediləcək. Bəs, həmin güzəştlər nədən ibarət olacaq və kimlərə tətbiq olunacaq?
İqtisadçı ekspertlərin sözlərinə görə dəyişiklikdə bir sıra güzəştlər nəzərdə tutulsa da, mikro sahibkarların bu güzəştlərdən istifadə etmələrində müəyyən çətinliklər var. Ekspert Vüqar Bayramovun sözlərinə görə, bərbərlər, dərzilər, ofisiantlar əvvəllər qazancına görə vergi ödəyirdisə, artıq sabit vergilər tətbiq olunacaq və onlar gəlirindən asılı olmayaraq sabit vergi ödəyəcək.