Xəbər lenti

Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb
Ekonomiks 20:57 28.12.2024

Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi "Faktor Qrup-S-1” QSC (VÖEN- 1604133621) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Müqaviləyə əsasən, Baş İdarə "Faktor Qrup-S-1” QSC-dən qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 1 milyon 447 min 200 manat ödəyəcək. 

Qeyd edək ki, son bir ildə Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi "Faktor Qrup-S-1” QSC ilə ilə qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə əlaqədar bir neçə müqavilə imzalayıb:

23 yanvar 2023-cü ildə – 1 435 140 manat;
7 yanvar 2024-cü ildə – 1 370 016 manat;
1 avqust 2024-cü ildə – 20 650 manat;
28 dekabr 2024-cü ildə – 1 447 200 manat.

Bunlardan başqa "Faktor Qrup-S-1” QSC qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə 1 460 887,2 manatlıq, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə 1 792 800,02 manatlıq müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, "Faktor Qrup-S-1” QSC "Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. "Faktor Qrup-S-1” QSC 2020-ci ildə, "Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin iyul ayında daha bir şirkət – "Company FSL” MMC (VÖEN – 1405481101) fəaliyyətinə xitam verərək "Faktor-Qrup-S-1” QSC-yə birləşib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->