Xəbər lenti

Vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırıldı
Ekonomiks08:43 01.01.2024

Vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, 3-cü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq.
Xatırladaq ki, bundan əvvəl maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədər idi.