Xəbər lenti

Vətən müharibəsi iştirakçısı Ukraynada gedən döyüşlərdə itkin düşdü
Ölkə 21:12 18.12.2025

Vətən müharibəsi iştirakçısı Ukraynada gedən döyüşlərdə itkin düşdü

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı itkin düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

"Azərbaycan ordusunda 20 ildən çox xidmət etmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan Baş gizir Ruşanov Famil Namaz oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə itkin düşüb. 5 aya yaxındır yaxınları ondan xəbər ala bilmir. Məlumata görə, o 25-ci ordunun 37-ci alayının tərkibində döyüşlərdə iştirak edib”, – deyə o bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->