Xəbər lenti

“Vətəndaş sazişi”: Rusiya xarici işlər naziri Ermənistanı çökdürmək istəyir
Dünya 15:05 11.09.2023

“Vətəndaş sazişi”: Rusiya xarici işlər naziri Ermənistanı çökdürmək istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daim ölkəmizi çökdürmək istəyir. 

Qaynarinfo xəbər verir ki, bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi” partiyasından olan deputatı Qaqik Melkonyan deyib.

O xatırladıb ki, Ermənistan bir neçə dəfə strateji müttəfiqinə müraciət edib və dəstək almayıb, onun fikrincə, ona görə də onlara üz tutmağın mənası yoxdur. "Nə KTMT, nə də müttəfiq dövlət reaksiya verdi”, - Melkonyan bildirib.

Lavrovun KTMT-nin iclasında təşkilatın qüvvələrinin Ermənistanda yerləşdirilməsi ilə bağlı razılığın olduğunu, lakin erməni tərəfdaşların son anda onu ləğv etməsinə dair bəyanatına toxunaraq, o, qeyd edib ki, Lavrov hər zaman nəsə deyir. 

"Biz onun sözlərini əsas götürmürük. Siz Lavrovun planlarının ermənipərəst olduğunu görmüsünüzmü? Rusiya həmişə bizim əvəzimizə qərar verib. Özümüzə güvənməliyik, amma dostlar da axtarmalıyıq. İndiyə qədər ümidlərimizi Rusiyaya bağlamışıq. Rusiya elə şərait yaradıb ki, ya Rusiya, ya da Türkiyə olmalıdır. Biz həmişə Rusiyanı seçmişik və sona qədər ona sadiq olmuşuq, amma başqa ölkələr də var”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, Ermənistan indi Hindistan, ABŞ, Avropa ölkələri və İranla dostluq əlaqələri qurmağa başlayır.

"Təlimləri kiminlə keçirəcəyimizə özümüz qərar veririk. Kim nə düşünürsə, qoy düşünsün. Əgər biz ABŞ-la hərbi təlimlər keçirmək, Fransa və Hindistanla dostluq etmək istəyiriksə, niyə bunu bu qədər ağır qəbul edirlər? Qoy öz ölkələrini düşünsünlər. Onlar kiminlə istəyirlər dostdluq edirlər, amma biz nə vaxtsa onların işlərinə qarışmışıqmı?”, - deyə Qaqik Melkonyan yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->