Xəbər lenti

Dünya 19:47 29.02.2024

Vəziyyət ciddiləşir: 4 NATO ölkəsi Ukraynaya qoşun yeridə bilər

Dörd Avropa ölkəsi Fransa prezidenti Emmanuel Makronun sözlərini şərh edərək, Ukraynaya qoşun yeritmək imkanını istisna etməyib.

Qaynarinfo-nun məlumatına görə, Estoniyanın baş naziri Kaya Kallas bildirib ki, ölkə istisnasız olaraq Ukraynaya Putini məğlub etmək üçün "bütün imkanları” nəzərdən keçirir.

Litva rəsmiləri də silahlı qüvvələrə təlim keçmək üçün Litva hərbçilərini Ukraynaya göndərməyi nəzərdən keçirirlər. "Biz bu imkan haqqında danışırıq və bunu tamamilə açıq edirik. Bunun necə və hansı şəraitdə baş verməsi ilə bağlı çoxlu nüanslar var”, - Litva prezidentinin müşaviri Kestutis Budris bildirib.

Niderland Ukraynaya əsgər göndərməyi qeyri-mümkün hesab etmir, lakin bunun üçün "vaxt çatmayıb”, Niderland müdafiə naziri general Onno Eyhelshaym bildirib. "Düşünürəm ki, bütün variantlar açıq qalmalıdır" deyən general, indiyə qədər heç kimin Niderlanddan belə bir yardım istəmədiyini və məsələnin gündəmdə olmadığını bildirib.

Böyük Britaniyanın Ukraynaya genişmiqyaslı qoşun yeritmək planları yoxdur, Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü bildirib. Lakin az sayda britaniyalı hərbçi artıq Ukraynadadır. "Ölkədə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən az sayda şəxsi heyətdən başqa, bizim genişmiqyaslı qoşun yerləşdirmə planımız yoxdur", - Sunak deyib.
 
Bir gün əvvəl Britaniya hökuməti Almaniya kansleri Olaf Şoltsun Britaniya ordusunun Ukraynada raket buraxılışlarında iştirak etməsi ilə bağlı bəyanatını təkzib edib. London bəyan edib ki, qanadlı raketlərin buraxılması və hədəflərin seçilməsi prosesi Ukraynada olan Britaniya hərbçilərinin deyil, Ukrayna Silahlı Qüvvələrinin işidir.

Xatırladaq ki, Aİ ölkələrinin öz qoşunlarını Ukraynaya göndərə biləcəyi ehtimalını ilk dəfə Emmanuel Makron səsləndirib. "Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Lakin gələcəkdə heç nəyi istisna etmək olmaz”, - Makron Parisdəki sammitin yekununda deyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->