Xəbər lenti

Vidadi Muradovun şirkət direktoru təyin etdiyi çayçı həbs edilə bilər - 1 milyonluq borc...
Ölkə 12:14 04.06.2022

Vidadi Muradovun şirkət direktoru təyin etdiyi çayçı həbs edilə bilər - 1 milyonluq borc...

"Azərxalça”nın nəzdindəki "Azər-İlmə” MMC-nin direktoru Xəqani Talıbov həbs oluna bilər.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Xəqani Talıbovun direktoru olduğu "Azər-İlmə” MMC-nin Dövlət Vergi Xidmətinə 1 milyon 062 min 641 manat 60 qəpik borcunu ödəməməsidir.

Nizamnamə kapitalı 683 min 616 manat, qanuni təmsilçi Xəqani Talıbov Nizami olan "Azər-İlmə” MMC-yə qarşı xeyli müddətdir məhkəmə prosesi gedir. Bu müddət ərzində Xəqani Talıbov rəhbəri olduğu qurumun adından dövlətə cəmi 20 min manata yaxın vergi borcunu qaytara bilib. Hələ də şirkətin Dövlət Vergi Xidmətinə 1 milyon manatdan çox borcu qalır.

Bu dəfə Dövlət Vergi Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsində qaldırılan iddiaya hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində "Azər-İlmə" MMC-nin direktoru Xəqani Talıbov verdiyi ifadə ilə də məşhurlaşmışdı. Xəqani ifadəain Talıbov bildirib ki, direktor olana qədər şirkətdə çayçı kimi işləyib: 

"Mərhum Vidadi Muradovla qohum deyildim, lakin qohumdan da yaxın idik. Kömək etdi, direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir. Hər hansı bir universitet bitirməmişəm, orta təhsilliyəm. Hazırda da direktor işləyirəm”.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->