Xəbər lenti

VII Azərbaycan Çempionu müəyyənləşdi (FOTO)
Foto 15:16 08.10.2024

VII Azərbaycan Çempionu müəyyənləşdi (FOTO)

Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarını Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Atəşgah İntellektual Oyunlar Klubunun təşkilatçılığıaltında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII "Azərbaycan Çempionatı”nın final mərasimi həyata keçirilib.

Bu tədbir, Azərbaycanın intellektual moyunlar sahəsindəki ən nüfuzlu layihələrindən biri olmaqla, geniş bir iştirakçı kütləsinə ev sahibliyi edir.

Təşkilat komitəsi tərəfindən verilən məlumata görə, bu il Azərbaycanın müxtəlif regionlarından və paytaxtdan 30 ən güclü komanda final mərhələsində iştirak etdi.

Çempionatın açılış mərasimində Atəşgah İntellektual Oyunlar Klubunun prezidenti İlkin Yetirmişli çıxış edərək, Azərbaycan Çempionatı layihəsinin intellektual hərəkat üçün nə qədər əhəmiyyətli bir tədbir olduğunu vurğuladı.

O, ölkəmizin beynəlxalq intellektual hərəkatın mərkəzlərindən biri olduğunu, burada intellektual oyunların daim geniş vüsət aldığını qeyd etdi.

Bu ilki çempionatın təşkilatçılığınında bir sıra yeniliklər edilib, o cümlədən format dəyişiklikləri, komanda iştirakının müəllifləri qiymətləndirməsi və sualların müxtəlifləşdirilməsi. Yetirmişli, bu dəyişikliklərin komandaların marağına səbəb olduğunu və intellektual mübarizəni daha da canlandırdığını bildirdi. Çempionatın müsbət təsirləri ilə bağlı, iştirakçıların motivasiyasının artdığı və oyunların daha dinamik keçdiyi qeyd edildi.

Çempionat çərçivəsində Tural Dadaşovun aparıcılığı ilə 6 müstəqil müəllifin intellektual sualları səsləndirildi. Sualların müxtəlif mövzulara dair olması, iştirakçıların geniş bilik sahələrində özlərini sınamasına imkan yaratdı.

Müsabiqənin gərgin mübarizəsi, iştirakçıların əzmi və intellektual bir bayram abu-havası tədbirin unudulmaz anlarından biri oldu.

Çempionatın sonunda "Vendetta" komandası bütün rəqiblərini geridə qoyaraq, ilk dəfə Azərbaycan çempionu adını qazandı. İkinci yeri "Revolver", üçüncü yeri isə "Prestij" komandası əldə etdi.

Qaliblər, mükafatlandırma mərasimində kubok, medal, diplom, pul mükafatı və digər dəyərli hədiyyələrlə təltif olundular.

Bu çempionatın intellektual oyunlar sahəsindəki əhəmiyyəti, gənclərin düşüncə bacarıqlarını inkişaf etdirməsi və sosial əlaqələrini gücləndirməsi baxımından da dəyərlidir.

Gələcəkdə bu cür tədbirlərin davamlı olaraq təşkil edilməsi, intellektual hərəkatın daha da inkişafına və ölkəmizin beynəlxalq arenada tanınmasına töhfə verəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->