Xəbər lenti

Viktor Orban Bakıya gəlir
Siyasət 17:56 04.07.2024

Viktor Orban Bakıya gəlir

Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs "X" hesabında yazıb.

O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək:

"Baş nazir Orban türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq".


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->