Azərbaycanda sözün həqiqi mənasında tam demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün gözəl şərait mövcuddur, gözəl hüquqi mühit var. Trend-in məlunmatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov vurğulayıb ki, İctimai Televiziyada namizədlərə pulsuz efir vaxtı ayrılıb: "Biz onlardan platforma, proqram çıxışı gözləyirik ki, mövcud iqtidarın planlarından fərqli nə təklif edirsiz. Çox təəssüf ki, biz bunu görmürük, ancaq qalmaqal, heç bir əsası olmayan iftira, böhtan görürük".
Z.Əsgərov vurğulayıb ki, bu, arzuolunan hal deyil, namizəd öz proqramını seçiciyə izah etməlidir: "Təəssüf ki, hələ ki biz bunu görmürük. Bu gün Azərbaycanda seçki prosesinə cəlb olunmuş bütün dövlət orqanları - icra hakimiyyətləri, polis strukturları, mərkəzi seçki komissiyası normal şəraitdə işləyirlər".