Günel Məhrərmova 5-də 5 verilişində ailəsindən söhbət açıb. Gecce.az xəbər verir ki, gizli ailə quran və dünyaya qız övladı gətirən ifaçı Zaurun sual atəşinə tutulub.
Qızından söhbət açan Günel xoşbəxt olduğunu, qızı üçün çox fədəkarlıqlar etdiyini deyib: “Gizli saxlamağımın səbəbi yoxdur. Bu mənim şəxsi həyatımdır. Qurduğum ailəni kimlərəsə göstərmək məcburiyyətində deyiləm. Əsas odur ki, biz xoşbəxtik. O qədər toy edənlər var ki, bir ayın içərisində ayrılırlar. Əsas odur ki, biz yoldaşımla bir yerdəyik. Hər ikimizdə uşağı bir yerdə böyüdürük. Hər ikimiz də çalışırıq ki, vətənə layiqli övlad olsun. Övladım halallıqla dünyaya gəlib".
Zaur Kamalın “İstəməzdin ki, sən də gəlinlik geyinəsən? Toyunda vağzalı çalınsın” sualına sənətçi “Övladım həm mənim gəlinliyimdir, həm də vağzalım” deyə cavab verib.
Qaynar.info