Xəbər lenti

Vladimir Zelenski Bakıya gəldi (FOTO)
Siyasət15:35 16.12.2019

Vladimir Zelenski Bakıya gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.