Xəbər lenti

Övladları tələbə adı qazanan məşhurlar
Ölkə11:33 24.07.2014

Övladları tələbə adı qazanan məşhurlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il tələbə adı qazanan abutiriyentlər arasında məşhurların da övladları var. 

Anspress-in məlumatına görə, qəbul imtahanların cavabları açıqlanan kimi ilk olaraq sevincini müğənni Nüşabə Ələsgərli paylaşıb. O, iki övladının tələbə adı qazanması barədə xəbəri İnstagram səhifəsindən elan edib. 

Müğənni bildirib ki, həm qızı həm də oğlu yüksək bal toplayaraq dövlət imtahanından keçib. Ötən gün isə aktrisa Naibə Allahverdiyeva şəxsi Facebook səhifəsində 3-cü qrup üzrə imtahan verən qızı Məryəmin şəklini paylaşaraq onun da yüksən nailiyyət göstərdiyini bildirib:

"Qızımın balını biz 560 hesablamışdıq. Amma cavablarda 500 çıxdı. Öz arzusu odur ki, ya diplomat ya da tərcüməçi olsun"- deyib aktrisa.

Qaynar.info