Xəbər lenti

Voleybol yığmamız Avropa çempionatında növbəti qələbəsini qazanıb
İdman16:25 28.08.2019

Voleybol yığmamız Avropa çempionatında növbəti qələbəsini qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun qarşılaşmasında rəqib Estoniya yığması olub. Budapeştdəki "Laslo Papp" arenasında baş tutmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25-20, 18-25, 25-22, 22-25, 15-11).
Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda 4 oyundan 8 xalla 2-ci pilləyə yüksəlib. Azərbaycan eyni xala malik Xorvatiyanı setlərdəki qələbə sayında geridə qoyub.
Lakin hələlik növbəti mərhələyə vəsiqə verən ilk "4-lüy"ü təmin etmək mümkün olmayıb. Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşdə Macarıstan Xorvatiyaya uduzsa, Azərbaycan yığması 1/8 finala yüksələcək.