"Aksiya davam edir. İştirakçıları yolu bağlayıblar. Hazırda heç bir gediş-gəliş yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Laçın-Xankəndi yolunda bugünkü aksiyasında iştirak edən hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcid deyib.
O bildirib ki, bu dinc və vətəndaş cəmiyyətinin təşəbbüsü ilə keçirilən aksiyadır. Əsas tələblərdən biri ondan ibarətdir ki, ermənilərin törətdiyi ekosid və urbusid cinayətlərinə son qoyulsun:
"Tələblərimiz Azərbaycan ərazilərində ekoloqlarımızın sərbəst şəkildə monitorinq aparmalarına, ümumiyyətlə azərbaycanlıların öz torpaqlarında sərbəst hərəkətinə icazə verilsin. Qeyd edim ki, bu beynəlxalq hüququn da prinsiplərinə uyğundur. Tam qanuni tələbdir”.
Səyyad Məcid bildirib ki, sülhməramlıların rəhbəri general Andrey Volkovun əraziyə gəlməyi tələb edilir:
"Biz öz tələblərimizi ona bildirmək niyyətindəyik. Bu tələbin də yerinə yetirlməsi üçün aksiya iştirakçıları axıra qədər burada dayanmaqda israrlıdırlar”.
Qeyd edək ki, bu gün tezdən vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, ictimaiyyət nümayəndələri, tələbələr separatçıların beynəlxalq cinayətlərinə etiraz əlamətləri olaraq Laçın-Xankəndi yolunu bağlayıb.
Günay İlqarqızı