
Vüqar Həşimovun ad gününə həsr olunmuş turnir start gütürüb.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 24 iyul görkəmli şahmatçımız,beynəlxalq qrossmeyster Vüqar Həşimovun doğum günüdür. Bunula əlaqədar II Fəxri Xiyabanda görkəmli şahmatçımız Vüqar Həşimovun abidəsinin açılışı olub. Daha sonra Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 12 yaşadək uşaqlar arasında beynəlxalq şahmat turnirinin rəsmi açılış mərasimi baş tutub.
Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak edəcəyi “Vüqar Həşimov Memorialı” 9 turdan ibarət olacaq. Qaliblər Azərbaycan Şahmat Federasiyanın hesabına Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatına ezam ediləcək,həmçinin qalib şahmatçı, eyni zamanda, Vüqar Həşimov kuboku ilə təltif olunacaqdır. Gümüş medalçı “Baku Open 2014”, bürünc mükafatın sahibi isə “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivallarında qalmaq və yeməklə təmin olunacaq.
Hər yaş qrupunun qalibləri (oğlan və qız) qiymətli hədiyyələrlə,medallarla və diplomlarla təltif olunacaqlar. Turnir avqustun 1-də başa çatacaq.
Qaynar.info