Ekonomiks 14:39 17.01.2023

Vüqar İbrahimov vəzifəsindən azad olundu

Hesablama Palatasının Aparat rəhbəri vəzifəsindən azad olunub.

Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, Vüqar İbrahimov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunub. O, 2007-ci ildən Palatada fəaliyyət göstərib, 2021-ci ildən isə Aparat rəhbəri olub.