Xəbər lenti

Vüqar Muradov:
Maqazin 18:08 22.08.2024

Vüqar Muradov: "TikTok"u olan qadınla evlənmərəm, onlar..."

"Mən "TikTok"u olan qadınla evlənmərəm. Belə qadınlar heç vaxt ailə başçısı ola bilməz".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Vüqar Muradov deyib. 

Müğənni "TikTok"da insanlardan hədiyyə istəyənləri ailə tərbiyəsi görməyənlər adlandırıb:

"Ailə tərbiyəsi çox önəmli və vacibdir. Xüsusən də ananın... Evdə olan anadır, hamı ondan tərbiyyə alır, onun qoyduğu məktəblə gedir. Ailə tərbiyəsi olan adam sonradan nə etsən də, dəyişməyəcək. Əxlaqsızlıq və tərbiyəsizlik də ailədən gəlir. Azərbaycan qadını "TikTok"da hədiyyə dilənir. Baxırsan ki, bir zamanlar hörmət etdiyin insan "TikTok"dan insanların yazdığı sözləri həzm etmək məcburiyyətindədir. Nədir ki, 3-5 manatlıq hədiyyə atacaqlar. Bu platformada görmədiyim, arzulamadığım mənzərəni görürəm. Azərbaycan xanımı deyəndə ağlımıza ismətli qadınlar, nənələr, analar gəlir. Qızlar rahat yol tapıb, kamera qarşısına keçib dilənirlər, "ekranı tıklayın, hədiyyə göndərin" və s. "TikTok" normal platformadır. Mənim də "TikTok"um var. Amma canlı yayımlarda hədiyyə dilənən bir xanım necə ailə qadını ola bilər? Onun yadına ancaq dilənmək düşür. Mən "TikTok"da hədiyyə istəyən qadınları dilənçi adlandırıram. Yolda əl açıb pul istədi, yaxud da "TikTok"da hədiyyə üçün yalvardı, eyni şeydir. Qadınlar əziyyət çəkmədən asan qazanc yolu tapıblar. Elm, savad, təhsil yox, amma pul olsun. Belə bir insanı qadın etməyi özümə yaraşdırmaram. Çünki o mənim üçün ucuz insandır. Ona canlı yayımda minlərlə kişi "padxod" edir, ona baxıb ehtiraslı hisslər yaşayırlar".
 
Müğənni bu yaşa qədər subay qalmasının səbəbini belə izah edib:

"Özümə mədəniyyəti yüksək olan insan yaraşdırıram. Bu yaşa kimi subay qaldım. Uşaq doğuzdurmaq üçün belə bir qadınla evlənmərəm. Onlar Azərbaycan qadını deyil. Bu nə səviyyəsizlikdir? Mən radikal azərbaycançı, millətçiyəm və bununla fəxr edirəm. Birinci özümə dəyər verirəm. Ürəyim ağrayır, acıyıram belələrinə. Bu qadınlar heç vaxt normal qadın, yaxud da kiməsə həyat yoldaşı ola bilməz. Onlar ailə qədri bilməzlər".

Bahar Rüstəmli 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->