Xəbər lenti

Vüqar Qurbanov bu instituta rəhbər təyin etdi (FOTO)
Ölkə12:37 22.02.2022

Vüqar Qurbanov bu instituta rəhbər təyin etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.
Qaynarinfo TƏBİB-ə istinadən xəbər verir ki, institutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. 
Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası ( İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb. 
İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri kimi çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və eyni zamanda fəaliyyətini orada davam etdirir. 
Səmərəli fəaliyyətinə görə, Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar Həkim” fəxri adına laiq görülüb.
Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.
Qeyd edək ki, bundan əvvəl Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov idi. O Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayının 3-də Səhiyyə Nazirinin müavini təyin olunub.