
“Müsavat Partiyasının Milli Şurada gələcəkdə necə və hansı formada fəaliyyət göstərəcəyi müzakirə mövzusu olmayıb. Ona görə də deyilənlər hər kəsin şəxsi mövqeyi hesab olunmalıdır”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub bildirib.
Onun sözlərinə görə, Milli Şura qarşıdakı vəzifələrini müəyyənləşdirməli və ona uyğun da təşkilati məsələlərini həll etməlidir: “Məncə, kimin sədr olmasının elə bir fərqi yoxdur. İstər Rüstəm İbrahimbəyov, istərsə də Cəmil Həsənlinin sədr olmasında bir problem görmürəm. Həmsədrlik institutunun yaranmasını təşkilat üzvləri istəməyəcəksə, bu olmayacaq. Uyğun biləcəklərsə, reallaşacaq”.
V.Əyyub Milli Şuranın iclaslarına gəlməyənlərin, qurumdan çıxarılması təklifi ilə də çıxış edib.
Qaynar.info