Xəbər lenti

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)
Ekonomiks 16:51 26.12.2025

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat Departamentinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə İlyas Bağıyev təyin olunub. 

Qeyd edək ki, İlyas Bağıyev bundan əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsinin satınalma şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, bu ilin mart ayında "Bakı Metropoliteni"nin Təchizat Departamentinə rəis təyin olunan Tərlan Həsənli bir neçə ay sonra öz istəyi ilə vəzifədən azad edilib.

Aydın
 

--> -->