Xəbər lenti

Vüsal Nəsirli işdən çıxarılan sədr müavininə yeni vəzifə verdi
Ekonomiks 10:55 29.07.2026

Vüsal Nəsirli işdən çıxarılan sədr müavininə yeni vəzifə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.

Qaynarinfo manset.az-a istinadən xəbər verir ki, AAYDA-nın yeni təyin olunan sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Hüsnü Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Hüsnü Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->