Xəbər lenti

Vyetnam millisi Azərbaycana rəqib oldu
İdman10:18 28.02.2014

Vyetnam millisi Azərbaycana rəqib oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqiblərinin siyahısında dəyişiklik olub. 

Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələrinin bu ilin aprelində Özbəkistanda çıxış edəcəyi yarışa daha 2 komanda dəvət alıb.

 Belə ki, Vyetnam və Yaponiya milliləri də Daşkənddə təşkil olunacaq turnirin iştirakçıları sırasına qoşulub. Bunadək yarışda yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan və İran millilərinin də çıxış edəcəyi gözlənilirdi. Bununla da qalib adı uğrunda mübarizə aparacaq komandaların sayı 6-ya çatıb.

Qaynar.info